KLASSİK DİZAYN NECƏ OLMALIDIR?

04 . 11 . 2019

Klassik interyer dizayn özündə yunan və roma dizaynlarının qarışığını ehtiva edir. Bu əsasən ideal səliqənin harmoniyası və balansıdır. İnteryere Klassik görünüş vermək onu daha qedimi dövrə aparmaqdır. Klassik interyer dizaynın özünəməxsus aurası və heç zaman dəbdən düşməyən bir xüsusiyyəti var. Əgər siz klassik interyer dizaynın bu xüsusiyyətlərindən yaranmaq isteyirsizsə sizə bir neçə üsul təklif edə bilərik.

Simmetriya və balans Bu klassik interyer dizaynın əsas düyün nöqtəsidir. Əgər sizin otağınızda heç olmasa bir dene güzgü varsa onun digər elementlərlə uyğunluğuna əmin olun. Hər otağı başqa dizayn verməyin bu assimmetriyaya gətirib çıxaracaq və nəticə istədiyiniz kimi olmaya bilər.

Fokus əşyası Böyük güzgü, hər hansı taxta materialdan hazırlanmış heykəlcik,gözəl incəsənət əsəri,və ya yaxşı bir ağac stol bir Fokus əşyası rolunu oynaya bilər. Nəzərə alın ki əgər siz Fokus əşyası dizayna əlavə edəcəksizsə digər əşyaların onunla bir ahəng yaratmasına xüsusi fikir verməlisiniz.

Təbii rənglər və materiallar klassik dizayn uslubunun esas dönüş nöqtələridir. Birbaşa təbiət abu havası yaradır və insanı müəyyən mənda ruhlandırır. Sarı, mavi, qəhvəyi çalarlar çox dəbdədirlər. Ağ rəngi əgər öz klassik dizynınıza muasirlik vermək istəyirsizsə rənglər ansamblına daxil edə bilərsiz.Və bu zaman parlaq ağ rəngdən istifadə etməyiniz məsləhətdir.

Elegant Liflər.Özü özlüyündə klassik stil eleqantlığı ehtiva edir. Klassik lifləri seçərkən nəzərə alın ki onlar hədden artiq dekorativdir və diqqəti cəlb edir. Pambıq lifləri klassik interyer dizaynda istifadə etməyiniz məsləhətdir.Taxta mərmər daş döşəmə ilə uzlaşdıra bilərsiz.